29 İyun 2026
Dünya futbolu

“Barselona” ekvadorlu futbolçu ilə anlaşdı

“Barselona” Ekvadorun LDU klubundan 18 yaşlı sol cinah müdafiəçisi Xosue Kaysedonu heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu əvvəlcə icarə əsasında çıxış edəcək, lakin əsas komandada müəyyən sayda oyun keçirdikdən sonra transfer avtomatik qüvvəyə minəcək.

Kataloniya klubu futbolçunu gələcəyin perspektivli müdafiəçilərindən biri hesab edir.

O, ilk mərhələdə “Barselona Atletik”də oynayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43