“Arsenal” yarımmüdafiə xəttini gücləndirmək üçün “Nyukasl”ın kapitanlarından Bruno Gimarayeşi transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, London klubu braziliyalı futbolçu üçün 60 milyon funt sterlinqlik ilk təklif göndərib. “Nyukasl” isə bu məbləği kifayət hesab etmir və oyunçusunu satmağa razılıq verməyib.
28 yaşlı Gimarayeş ötən mövsüm bütün turnirlərdə 49 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə edib. “Arsenal” eyni zamanda Sandro Tonalini də izləyir və yayda ən azı bir mərkəz yarımmüdafiəçisi transfer etmək niyyətindədir.
Hazırda tərəflər arasında danışıqlar davam edir.

