“Qarabağ”dan ayrılan Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı hücumçu ilə Mahaçqala “Dinamo”su maraqlanır və tərəflər arasında danışıqlar aparılır.
Şeydayev ötən mövsüm “Qarabağ”ın heyətində 11 oyunda 2 qol vurub.
Hazırda azad agent statusu daşıyan futbolçu daha əvvəl Rusiyada “Rubin”, “Krılya Sovetov” və Moskva “Dinamo”sunda, Azərbaycanda isə “Sabah”, “Neftçi” və “Qarabağ”da çıxış edib.

