30 İyun 2026
Dünya futbolu

“Arsenal”ın ilk təklifi rədd edildi

“Arsenal” “Bornmut”un yarımmüdafiəçisi Aleks Skottu transfer etmək üçün etdiyi ilk müraciətdə rədd cavabı alıb.

İdmanxeber.az-ın məlumatına görə, qarşı tərəf 22 yaşlı futbolçunu satmaq niyyətində deyil və onunla yeni müqavilə imzalamağa hazırlaşır. Skottla “Mançester Yunayted”, “Çelsi”, “Tottenhem” və “Mançester Siti” də maraqlanır. 

Skott ötən mövsüm bütün turnirlərdə 39 oyunda 4 qol və 7 məhsuldar ötürmə ilə komandasının Avropa Liqasına vəsiqə qazanmasında mühüm rol oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43