“Liverpul” PSJ-nin cinah hücumçusu Bredli Barkolanı transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Mersisayd təmsilçisi fransalı futbolçunu yay transfer dövrünün əsas hədəflərindən biri hesab edir. Bildirilir ki, klub yaxın günlərdə PSJ-yə ilk rəsmi təklifini göndərəcək.
Paris təmsilçisi isə yalnız yüksək məbləğ qarşılığında oyunçunun satışını nəzərdən keçirməyə hazırdır.
22 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 56 oyuna çıxaraq 21 qol vurub və 18 məhsuldar ötürmə edib

