30 İyun 2026
Ölkə futbolu

Milli komandalarımızda baş məşqçi təyinatı

Qızlardan ibarət U-15 və U-17 milli komandalarımıza baç məşqçi təyinatı açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, məşqçi heyətində edilmiş dəyişiklikləri və yeni təyinatları nəzərinizə çatdırırıq:

U-15 milli komanda:
Baş məşqçi – Rövşən Qasımov (həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək)
Köməkçi məşqçi – Manə Mollayeva (A millinin futbolçusu)
Qapıçılar üzrə məşqçi – Günay İsmayılova (A millinin qapıçısı)

Qeyd: U-15 milli komandanın köməkçi məşqçisi Samirə Aşırova ilə yollar ayrılıb.

U-17 milli komanda:
Baş məşqçi – Xanlar Əliyev (həmçinin A millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək)

Bundan əlavə, Əli Muradov U-15, U-17 və U-19 qızlardan ibarət milli komandalarda fitness hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43