30 İyun 2026
Ölkə futbolu

“Sabah” legioneri ilə yolları ayırdı – RƏSMİ

“Sabah” müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Noqeyra 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 62 oyun keçirib, 4 qol vurub.

Noqeyra “Sabah”la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43