“Arsenal” PSJ-nin cinah oyunçusu Bredli Barkolanın transferi uğrunda “Liverpul”a rəqib olub.
İdmanxeber.az-ın məlumatına görə, Fransa klubu futbolçunu satmaq istəməsə də, İngiltərə nəhəngləri vəziyyəti yaxından izləyir. London təmsilçisi Barkolanı Morgan Rocersə alternativ variant kimi nəzərdən keçirir.
Ötən mövsüm 23 yaşlı futbolçu PSJ-nin əsas heyət üzvlərindən biri olub.

