03 İyul 2026
Ölkə futbolu

“Sumqayıt” braziliyalı futbolçu ilə anlaşdı – ÖZƏL 

“Sumqayıt” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “kimyaçılar” yeni qapıçı transfer edib. Braziliyalı Jeymes Menezes karyerasını Sumqayıt təmsilçisində davam etdirəcək.

Tərəflər arasında razılıq əldə olunub. Futbolçunun transferi yaxın günlərdə rəsmən açıqlanacaq.

Braziliyalı qolkiper ötən mövsümü Portuqaliya təmsilçisi “Pasoş de Ferreira”da keçirib. O, cəmi 6 oyunda qapını qoruyub.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43