“Barselona” rəhbərliyi “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etmək istəyində israrlıdır.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu futbolçu üçün rəsmi təklif göndərsə də, danışıqlar hələ nəticə verməyib. Rəhbərlik Dünya Çempionatının başa çatmasına qədər gözləyəcəyini, bundan sonra isə alternativ variantlara yönələcəyini bildirib.
Alvaresin özü də transferə maraq göstərsə, proses sürətlənə bilər.

