03 İyul 2026
Ölkə futbolu

Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi

“Araz-Naxçıvan”da baş məşqçi Cavid Hüseynovun köməkçiləri müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

C.Hüseynova məşqçi kimi Vadar Nuriyev, Ceyhun Rzayev, Şahin Hüseynov (qapıçı məşqçi), Toğrul Bilallı (fiziki hazırlıq) və Şərif Hüseynov kömək edəcəklər. Məşqçilərlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Naxçıvan təmsilçisi iyunun 16-da Cavid Hüseynovla 1 illik müqavilə bağlanıldığını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43