Belçika millisinin hücumçusu Romelu Lukaku yay transfer dönəmində “Napoli”ni tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu 33 yaşlı forvardı 10 milyon avro qarşılığında satmağa hazırdır. Türkiyənin “Fənərbaxça” və “Beşiktaş” klublarının təcrübəli futbolçu ilə maraqlandığı bildirilir.
Lukakunun “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, ötən mövsüm zədə səbəbindən cəmi 7 oyunda iştirak edib və 1 qol vurub.

