“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi “Qarabağ”ın sabiq qapıçısı Sadiq Məmmədzadə ilə anlaşıb. Gənc qolkiper artıq komandadadır. O, yeni mövsümdə “İmişli” forması geyinəcək.
Futbolçu ötən mövsüm də bölgə təmsilçisinin düşərgəsində olsa da, transfer baş tutmamışdı.
S.Məmmədzadə keçən mövsümü Azərbaycan I Liqa klubu “Difai”də keçirib. O, eyni zamanda U-21 millimizin də üzvüdür.

