07 İyul 2026
Ölkə futbolu

Duran “Seltik”lə anlaşdı – Transfer tamamlanır 

“Qarabağ”ın hücumçusu Kamilo Duran karyerasını Şotlandiyada davam etdirməyə yaxındır.

İdmanxeber.az “GlasgowTimes” nəşrinə istinadən xəbər verir ki,  “Seltik” kolumbiyalı forvardın transferini yekunlaşdırmağa çalışır. Məlumata görə, 22 yaşlı futbolçu artıq Şotlandiya klubu ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib.

“Seltik” daha əvvəl Duran üçün təxminən 1,7 milyon funt sterlinqlik ilk təklif göndərsə də, “Qarabağ” bu təklifi geri çevirib.

Qlazqo təmsilçisi yaxın vaxtlarda ikinci təklifini təqdim edəcək və bu təklifin “Qarabağ”ın tələb etdiyi məbləği qarşılayacağı gözlənilir.

Transferin dəyərinin təxminən 3 milyon funt sterlinqə yaxın olacağı gözlənilir.

Bildirilir ki, futbolçunun menecerlərinin ötən həftə Qlazqoya səfərindən sonra şəxsi müqavilə ilə bağlı bütün detallar razılaşdırılıb və hazırda yalnız klublar arasında yekun razılaşmanın əldə olunması qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43