“Nyukasl” “Frayburq”un yarımmüdafiəçisi Johan Manzambini transfer etmək niyyətindən əl çəkməyib.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu futbolçunun vəziyyətini yaxından izləyir. Almaniya təmsilçisi isə 20 yaşlı yarımmüdafiəçi üçün təxminən 60 milyon avro tələb edir. Hələlik klublar arasında rəsmi danışıqlara start verilməyib.
Manzambi ötən mövsüm bütün turnirlərdə 41 oyunda 9 qol vurub, 12 məhsuldar ötürmə edib. Gənc futbolçu ilə daha bir neçə Avropa nəhənginin maraqlandığı bildirilir.

