08 İyul 2026
Ölkə futbolu

“İmişli”dən daha bir transfer – RƏSMİ

“İmişli” daha bir futbolçu transferini açıqlayıb.

İdmanxeber.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bəxtiyar Həsənalızadə heyətə cəlb olunub.

33 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Sumqayıt”, “Zirə”, “Sabah” və Türkiyənin “Tuzlaspor” klublarında çıxış edən oyunçu son olaraq “Araz-Naxçıvan”ın formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43