“Mançester Yunayted”in hücumçusu Markus Reşfordun yeni mövsümə komanda ilə başlayacağı gözlənilir.
İdmanxeber.az-ın məlumatına görə, “Barselona”da icarə əsasında çıxış edən ingiltərəli futbolçunun Kataloniya klubunda qalmaq arzusu olsa da, bu transfer baş tutmayıb. Baş məşqçi Maykl Karrik onu yeni mövsümün planlarına daxil edib.
Reşfordun müqaviləsinin daha iki il qüvvədə olduğu bildirilir.
28 yaşlı futbolçu 2025/26 mövsümündə “Barselona”nın heyətində 41 oyunda 14 qol vurub, 11 məhsuldar ötürmə edib

