08 İyul 2026
Dünya futbolu

“Arsenal” fransalı qapıçı ilə anlaşdı

“Arsenal” sabiq “Lids” qapıçısı İlan Meslye ilə razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, fransalı qolkiper azad agent statusunda London klubuna qoşulacaq və David Raya ilə Kepa Arrizabalaqaya alternativ olacaq. Transferin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.

26 yaşlı Meslye 2025/26 mövsümündə əsas heyətdə yer almayıb və rəsmi oyuna çıxmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43