08 İyul 2026
Dünya futbolu

Enso Fernandes gələcəyi ilə bağlı danışıb

“Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandes “Real”a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu hazırda bütün diqqətini dünya çempionatına yönəltdiyini və transfer məsələsini turnirdən sonra dəyərləndirəcəyini söyləyib.

25 yaşlı yarımmüdafiəçi ötən mövsüm 10 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43