09 İyul 2026
Dünya futbolu

“Mançester Siti” və “Liverpul” eyni futbolçunun ardınca düşdü

“Mançester Siti” ilə “Liverpul” “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, hər iki klub Fransa millisinin üzvünü yay transfer pəncərəsinin əsas hədəflərindən biri hesab edir. Bildirilir ki, Madrid təmsilçisi uyğun təklif gələcəyi halda futbolçunun satışını nəzərdən keçirə bilər.

23 yaşlı Kamavinqa ötən mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43