09 İyul 2026
Dünya futbolu

Kavaminqa qərarını verib – Getmək istəmir

Eduardo Kamavinqa bu yay “Rea”ı tərk etməyi düşünmür.

İdmanxeber.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Mənbənin iddiasına görə, Fransa millisinin yarımmüdafiəçisi komandada qalmaq və yeni baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında əsas heyətdə yer uğrunda mübarizə aparmaq niyyətindədir.

Bildirilib ki, futbolçunun transferi yalnız “Real”ın  uyğun təklif alacağı və Kamavinqanın mövqeyini dəyişəcəyi halda mümkün ola bilər. Hazırda isə belə bir ehtimal real görünmür.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi ötən mövsüm Madrid klununun heyətində bütün turnirlərdə 42 oyunda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43