10 İyul 2026
Dünya futbolu

Argentinalı qapıçı A Seriyasına üz tutur

“Yuventus” “Aston Villa”nın qapıçısı Emiliano Martinesi transfer etmək istəyir.

İdmanxeber.az xəbər verir ki, Turin təmsilçisi yay transfer pəncərəsi ərzində argentinalı qolkiperi izləyib. “Liverpul”un qapıçısı Alissonu transfer edə bilməyən İtaliya klubu indi diqqətini tamamilə Martinesə yönəldib.

Məlumata görə, 32 yaşlı qapıçı da karyerasını A Seriyasında davam etdirməyə müsbət yanaşır.

Bununla belə, “Aston Villa”nın baş məşqçisi Unai Emeri təcrübəli qolkiperi komandada saxlamaq niyyətindədir və onun ayrılmasını istəmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43