“Tottenhem” və “Brentford” “Gençlerbirliyi”nin yarımmüdafiəçisi Usman Diabateni transfer etmək istəyir.
İdmanxeber.az xəbər verir ki, hər iki Premyer Liqa təmsilçisi 18 yaşlı dayaq yarımmüdafiəçisini heyətinə qatmaq üçün mübarizə aparır. Mənbənin məlumatına görə, hazırda transfer yarışında “Brentford” öndədir.
Bildirilir ki, Qvineya millisinin üzvü olan futbolçunun transferi təxminən 3 milyon funt-sterlinqə başa gələ bilər. Diabate bu ilin əvvəlində milli komandada debüt edib və perspektivli oyunçular arasında göstərilir.
Qeyd edək ki, “Brentford” ötən gün yay transfer pəncərəsində növbəti keçidini də rəsmiləşdirərək hücumçu Kallum Uilsonu azad agent kimi heyətinə qatıb.

