14 İyul 2026
Dünya futbolu

“Arsenal”ın Alvares planı çətin görünür

“Arsenal”ın “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etmək istədiyi bildirilsə də, bu keçidin baş tutması çətin görünür.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu artıq “Real”ın 150 milyon avroluq təklifini geri çevirib. Bundan başqa, argentinalı futbolçunun gələcəkdə “Barselona”ya keçməyə üstünlük verdiyi iddia olunur.

25 yaşlı hücumçu ötən mövsüm “Atletiko”nun heyətində 56 oyunda 31 qol vurub, 9 məhsuldar ötürmə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43