“Mançester Yunayted” “Atalanta”nın yarımmüdafiəçisi Edersonun transferindən hələ də tam imtina etməyib.
İdmanxeber.az-ın məlumatına görə, tibbi müayinələrlə bağlı yaranan problemlər səbəbindən danışıqlar dayanıb. Bununla belə, mançesterlilər əvvəlki maliyyə şərtləri ilə razı olmasa da, transfer pəncərəsinin sonuna qədər yeni təkliflə geri dönə bilər.
26 yaşlı braziliyalı ötən mövsüm “Atalanta”da 49 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

