14 İyul 2026
Ölkə futbolu

Bayıl stadionunda yenidənqurma işləri davam edir – FOTOLAR

AFFA İcraiyyə Komitəsinin 25 iyun 2025-ci ildə keçirilən iclasında verilən qərara uyğun olaraq, Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işləri davam etdirilir.

Stadionda “FIFA Quality Pro” sertifikatına malik süni ot örtüyünün quraşdırılması prosesi həyata keçirilir.

Həmçinin işıqlandırma sistemi, inzibati binanın paltardəyişmə, hakim, həkim, dopinq, ofis və yataq otaqlarında əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Təmirdən sonra stadionun tam olaraq uşaq və gənclər futbolunun istifadəsinə verilməsi planlaşdırılır. Bu istiqamət üzrə artıq cari ilin avqust ayında Bakı Futbol Federasiyası ilə əməkdaşlıq çərçivəsində “Sabahın ulduzları” turnirinin Bayıl stadionunda təşkili nəzərdə tutulur.
        

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43