“Mançester Yunayted” heyətini sağ cinah müdafiəçisi ilə gücləndirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, “qırmızı şeytanlar”ın əsas namizədlərindən biri “Nottingem Forest”in futbolçusu Neko Uilyamsdır. Klub onu Lyuk Şouya rəqib kimi görür.
24 yaşlı uelsli müdafiəçi ötən mövsüm 41 oyunda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

