14 İyul 2026
Dünya futbolu

Yunanıstanlı futbolçu “Borussiya”ya “yox” dedi

Dortmund “Borussiya”sı “Brügge”nin cinah oyunçusu Kristos Tzolis üçün hərəkətə keçsə də, istəyinə çata bilməyib.

İdmanxeber.az-ın məlumatına görə, yunanıstanlı futbolçu Almaniya klubuna keçmək istəmir. O, yalnız Şimali London təmsilçilərindən birinə transfer olunacağı halda “Brügge”dən ayrılmağa razıdır. Mətbuat onun əsas seçiminin “Arsenal” olduğunu yazır.

23 yaşlı futbolçu ötən mövsüm 56 oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43