14 İyul 2026
Ölkə futbolu

“Sabah”ın Çempionlar Liqası oyunu canlı yayımlanmaya bilər – danışıqlar davam edir

“Sabah”ın UEFA Çempionlar Liqası I təsnifat mərhələsi çərçivəsində TNS-lə keçirəcəyi cavab oyunu canlı yayımlanmaya bilər. 

İdmanxeber.az-a verilən məlumata görə, buna səbəb qarşı tərəfin matçın yayımı üçün yüksək məbləğ tələb etməsidir. Hazırda Azərbaycan klunu Uels təmsilçisinin oyunlarının yayım hüququna sahib şirkətlə danışıq aparır. 

Xatırladaq ki, “Sabah”ın rəqibi ilə Bakıdakı matçı (2:0) “CBC Sport”dan yayımlanmışdı. Tərəflər arasındakı cavab görüşünün də sözügedən kanaldan yayımlanacağı ehtimal edilirdi, ancaq hələlik durum qeyri-müəyyəndir. 

Xatırladaq ki, TNS – “Sabah” oyun bu gün 21:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43