“Çelsi” daha bir gənc futbolçunu heyətinə qatıb.
İdmanxeber.az-ın məlumatına görə, London klubu “Uiqan”ın 18 yaşlı hücumameyilli yarımmüdafiəçisi Harrison Bettonini transfer edib. “Çelsi” futbolçu üçün kompensasiya ödəyəcək.
Bettoni ötən mövsüm əsas komandada 21 oyunda forma geyinib.

