14 İyul 2026
Dünya futbolu

“İnter” “Liverpul”a yeni təklif hazırlayır

“İnter” “Liverpul”un yarımmüdafiəçisi Körtis Consu transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubunun əvvəlki 25 milyon avroluq təklifi rədd edilib. “Liverpul” futbolçu üçün təxminən 40 milyon avro tələb edir.

“Nottingem Forest”in də 25 yaşlı yarımmüdafiəçi ilə maraqlandığı bildirilir. Consun müqaviləsinin son mövsümünə qədəm qoyduğu və yeni sözləşmə ehtimalının zəiflədiyi qeyd olunur.

Körtis Cons ötən mövsüm bütün turnirlərdə 43 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43