15 İyul 2026
Ölkə futbolu

“Kəpəz” fransalı futbolçu ilə danışıq aparır 

“Kəpəz” növbəti mövsümün hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubu heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədi. “Sarı-göylər” “Araz Naxçıvan”dan ayrılan Hamidu Keyta ilə maraqlanır.

Tərəflər arasında danışıqların başladığı da bildirilir. Fransalı yarımmüdafiəçi Azərbaycanda oynamağa müsbət yanaşır. Ancaq hələlik razılıq əldə olunmayıb.

Xatırladaq ki, 31 yaşlı futbolçu ötən mövsüm Naxçıvan təmsilçininin heyətində 33 oyun keçirib və 3 qol vurub. O, bir dönəm “Qarabağ”da da çıxış edib. Futbolçu hazırda azad agentdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43