16 İyul 2026
Dünya futbolu

Belçika millisinin üzvü “Beşiktaş”da

Türkiyənin “Beşiktaş” klubu yay transfer pəncərəsində səs-küylü keçidi rəsmiləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi İngiltərənin “Arsenal” klubundan Leandro Trossardı heyətinə qatdığını açıqlayıb. 31 yaşlı belçikalı cinah hücumçusu ilə 3 illik müqavilə imzalanıb. Transferin məbləğinin 18 milyon avro olduğu, ödənişin isə hissə-hissə həyata keçiriləcəyi bildirilib. 

Trossard 2025/26 mövsümündə “Arsenal”ın heyətində 38 Premyer Liqa oyununda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, London klubunda keçirdiyi bütün dövr ərzində isə 174 matçda 36 qol vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43