17 İyul 2026
Ölkə futbolu

FIFA-dan gələn qərar Azərbaycan klubunu SARSITDI – ÖZƏL

Azərbaycan I Liqa təmsilçisi “Səbail” klubuna transfer qadağası qoyulub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, buna səbəb “dənizçilər”in futbolçusu Mustafa Yakubuya qarşı maliyyə öhdəliyini yerinə yetirə bilməməsidir. Problemi həll edilməyən oyunçu FİFA-ya müraciət edib.

Ali futbol qurumu Yakubunun şikayətini araşdırdıqdan sonra onu haqlı sayıb və “Səbail”ə transfer cəzası verib. “Dənizçilər” bu müddətdə bir neçə yeni futbolçunun keçidini açıqlasa da, cəza səbəbindən onları qeydiyyatdan keçirə bilmir.

Yeni rəhbərliklə növbəti mövsüm iddialı olması gözlənən klub Mustafa Yakubuya qarşı öhdəliyini yerinə yetirə bilməsə, çətin vəziyyətdə qalacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43