17 İyul 2026
Dünya futbolu

“Yuventus” Darvin Nunyes üçün yenidən hərəkətə keçdi

“Yuventus” hücum xəttini gücləndirmək üçün “Liverpul”un uruqvaylı forvardı Darvin Nunyesi əsas namizədlərdən biri hesab edir.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi yaxın günlərdə rəsmi təklif göndərməyə hazırlaşır. “Liverpul” isə futbolçunu yalnız yüksək məbləğ qarşılığında buraxmağa razıdır.

26 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 47 oyunda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43