17 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Qarabağ” 3 klubla transfer yarışına girdi – Yeni futbolçu gəlir?

“Qarabağ” yay transfer pəncərəsində heyətini gücləndirmək üçün çalışmaları  davam etdirir.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Ağdam klubu İsrailin “Makkabi” (Tel Aviv) klubunda çıxış edən 23 yaşlı cinah oyunçusu Helio Varelanı heyətinə qatmaq istəyir. Bildirilir ki, futbolçunun xidmətində Türkiyənin “Samsunspor”, Serbiyanın “Srvena Zvezda” və Macarıstanın “Ferentsvaroş” klubları da maraqlıdır.

Adıçəkilən komandalar futbolçunun vəziyyətini yaxından izləyirlər.

Qvineya-Bisau millisinin üzvü olan Varela ötən mövsüm Tel Aviv təmsilçisinin heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Onun klubu ilə 2028-ci ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43