“Sanderlend” “Selta”nın cinah hücumçusu Villiot Svedberqi heyətinə qatmağa çalışır.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqaya yüksələn klub 22 yaşlı futbolçunu yay transfer dövrünün əsas hədəflərindən biri hesab edir. “Fulhem”in də oyunçu ilə maraqlandığı bildirilir.
“Selta” isə yalnız yüksək məbləğ qarşılığında transferə razılıq verməyə hazırdır. Futbolçu ötən mövsüm 44 oyun, 10 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

