UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “CSKA Sofia” qarşılaşmasının biletləri 18 iyul, saat 15:00-dan etibarən satışa çıxarılacaq.
İdmanxeber.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün standart biletlərin qiymətləri 5, 10, 15, 20 AZN, VIP sektorlar 50, 75, 100 AZN, VVIP sektorlar isə 150 AZN dəyərində olacaq.
Qeyd: VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.
Diqqət! Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.
Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Qeyd: Saxta biletlərə aldanmayın! Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.

