18 İyul 2026
Dünya futbolu

“Barselona” Rodri üçün hərəkətə keçdi

“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu mümkün transfer üçün vəziyyəti izləyir. Lakin İngiltərə təmsilçisi futbolçunu satmağa isti baxmır.

Rodri ötən mövsüm 41 oyunda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43