“Yuventus” “Tottenhem”in braziliyalı hücumçusu Rişarlisonu heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi artıq London klubu ilə danışıqlara start verib. Transferin təxminən 25 milyon avroya başa gələ biləcəyi iddia olunur.
Rişarlison ötən mövsüm bütün turnirlərdə 33 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

