“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk “Dinamo”su ilə keçirəcəyi cavab görüşünə hakim təyinatları bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, UEFA-nın qərarına əsasən, matçı Şimali İrlandiyadan olan Tim Marşall idarə edəcək. Ona yan xətt hakimləri Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcək, dördüncü hakim funksiyasını isə Şeyn MakQoniql yerinə yetirəcək.
İyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək görüşə saatlar qalır. İlk oyunda Minsk “Dinamo”su Bakıda “Neftçi”ni 4:2 hesabı ilə məğlub edib.

