“Bavariya” heyətdə yer almayan Joao Palinya, Saşa Boey və Brayan Saraqosanı transfer siyahısına çıxarıb.
İdmanxeber.az-ın məlumatına görə, Almaniya çempionu bu futbolçuların satışından ciddi gəlir əldə etməyi planlaşdırır. Palinya ilə “Aston Villa” maraqlansa da, ingilislər yalnız icarə variantını nəzərdən keçirir.
Münhen klubu isə əsasən birdəfəlik satışa üstünlük verir.

