24 İyul 2026
Kateqoriyasız

“Yuventus” Sançonun əvəzinə yeni hədəf tapdı

“Yuventus” cinah xəttini gücləndirmək üçün “Liverpul”un futbolçusu Ben Doakı transfer siyahısına daxil edib.

İdmanxeber.az-ın məlumatına görə, Ceydon Sanço keçidinin baş tutmaması Turin klubunu alternativ variantlara yönəldib. 20 yaşlı şotlandiyalı futbolçunun nümayəndələri ilə ilkin təmasların başladığı bildirilir.

“Liverpul” isə futbolçunu yalnız 25 milyon avrodan aşağı olmayan təklif qarşılığında buraxmağa hazırdır.

Ben Doak ötən mövsüm icarə əsasında çıxış etdiyi “Midlsbro”nun heyətində 31 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43