İspaniyanın “Atletiko” klubu yay transfer pəncərəsində heyətini gücləndirmək üçün axtarışlarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi “Bolonya”nın cinah oyunçusu Dan Ndoyeni transfer siyahısının ön sıralarına daxil edib. Klubun yaxın günlərdə İtaliya təmsilçisinə rəsmi təklif göndərməsi gözlənilir.
“Bolonya” isə isveçrəli futbolçunu təxminən 35 milyon avroya satmağa hazırdır. 25 yaşlı Ndoye ötən mövsüm bütün turnirlərdə 41 oyunda 9 qol vurub, 8 məhsuldar ötürmə edib. O, İsveçrə millisinin heyətində isə indiyədək 28 oyunda 4 qola imza atıb.

