“Qarabağ”ın heyətinə qatmaq istəyi futbolçunun yeni klubu bəlli olur.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Ağdam təmsilçisi İsrailin “Makkabi” (Tel Aviv) klubunda çıxış edən 23 yaşlı cinah oyunçusu Helio Varelanı heyətinə qatmaq istəyir. Bildirilir ki, futbolçunun xidmətində Türkiyənin “Samsunspor” klubu da maraqlıdır.
Qardaş ölkənin mətbuatı yazır ki, futbolçu Samsun klubu ilə anlaşmağa yaxındır. Artıq tərəflər arasında razılıq əldə olunub.
Kabo-Verde millisinin üzvü olan Varela ötən mövsüm Tel Aviv təmsilçisinin heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Varelə dünya çempionatında çıxış etmişdi. Futbolçu mundialda 3 oyunda forma geyinib və bir qol vurub.
Onun klubu ilə 2028-ci ilə qədər müqaviləsi var.

