“İnter” “Tottenhem”in kapitanı Kristian Romeronun transferini tezliklə yekunlaşdırmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu müdafiəçinin keçidi üçün təxminən 10 günlük son müddət müəyyənləşdirib. Əgər razılıq əldə olunmasa, Milan təmsilçisi alternativ namizədlərə yönələcək.
Romero ötən mövsüm London klubunun əsas müdafiəçilərindən biri olub və 40-a yaxın oyunda forma geyinib

