27 İyul 2026
Dünya futbolu

PSJ Rodri transferi üçün hərəkətə keçdi

PSJ “Mançester Siti”nin aparıcı yarımmüdafiəçisi Rodrini transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Paris təmsilçisi futbolçunun nümayəndələri ilə ilkin təmas qurub. Klub yay transfer pəncərəsinin sonuna qədər rəsmi təklif verməyi planlaşdırır. Rodri ilə “Real Madrid”in də maraqlandığı bildirilir.

29 yaşlı futbolçu ötən mövsüm zədə səbəbindən az oynasa da, meydana çıxdığı 28 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43