Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp ilk mətbuat konfransında komanda ilə bağlı planlarından danışıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bildirib ki, milli komandada bütün futbolçular üçün bərabər şərait yaradılacaq:
“Keçmişdə kimlərin oynadığı məni maraqlandırmır. Hazırda ən yaxşı formada olanlar millidə yer alacaq. Heç kimə əvvəlcədən əsas heyətdə oynayacağına dair söz verməyəcəyəm.”
Klopp əlavə edib ki, Almaniya yenidən hücumameylli və azarkeşlərin izləməkdən zövq alacağı futbol nümayiş etdirməlidir.
Onun sözlərinə görə, məqsəd 2030-cu il dünya çempionatına qədər güclü kollektiv formalaşdırmaqdır.

