FİFA prezidenti Canni İnfantino dünya çempionatının təşkili ilə bağlı səslənən iradlara münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, İnfantino çıxışında bunları deyib:
“Futbol hər zamankından daha çox insana çatır. Tənqidlər olacaq, amma bu bizi yolumuzdan döndərməyəcək. Məqsədimiz oyunu bütün dünyada inkişaf etdirməkdir.”
O əlavə edib ki, FİFA gələcək turnirlərdə təşkilati məsələləri daha da təkmilləşdirmək üçün üzv assosiasiyalarla əməkdaşlığı davam etdirəcək.

