“Qarabağ” bu gün UEFA Çempionlar Liqası V mərhələsində səfərdə “Napoli” ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər görüşü Azərbaycanın İTV telekanalından izləyə biləcəklər. Görüş həmçinin Türkiyənin “tabii” platformasından, Kiprin “Sports 2” və “beIN Sports Arabia”dan canlı yayımlanacaq.
Xatırladaq ki, “Napoli” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

